Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri uğurla davam etdirilir.

12 avqust 2021 | 16:00

Rayon ərazisində müasir infrastrukturun yaradılması istiqamətində həyata keçirilən işlər, qəsəbələrarası yolların və məhəllədaxili küçələrin əsaslı şəkildə təmiri və yenidən qurulması prioritet məsələlərdən biridir və daim diqqət mərkəzində saxlanılır.
Nəqliyyatın maneəsiz hərəkətinin tənzimlənməsi, əhalinin rahat gediş-gəlişinin təmin edilməsi məqsədilə “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Əmircan qəsəbəsi, Axundov küçəsində 7300 kv.m asfalt örtüyü salınır.
Qeyd edək ki, rayon ərazisində qəsəbələrarası yolların və məhəllədaxili küçələrin əsaslı şəkildə təmiri və yenidən qurulması mərhələli şəkildə aparılır.

Keçidlər