Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda gediş-gəlişdə çətinliklərə səbəb olan yol problemləri mərhələli şəkildə həll edilərək heç zaman asfalt üzü görməyən küçə və yaşayış sahələrinin asfaltlanması işləri davam etdirilir.

10 avqust 2021 | 16:00

Sakinlərin rahatlığını təmin etmək məqsədilə asfalt örtüyü olmayan Hövsan qəsəbəsi, Südçülük sovxozu adlandırılan yaşayış sahəsində, Vətən uğrunda haqq savaşının qəhrəmanı, torpaqlarımızın düşmən tapdağından azad olunmasında şücaət göstərərək Şəhidlik zirvəsinə ucalan Əsgərov Rüfət Qabil oğlunun ailə üzvlərinin yaşadığı küçədə “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq hazırda 3155 kv.m asfaltlanma işləri həyata keçirilir.
Qeyd edək ki, rayon ərazisində qəsəbələrarası yolların və məhəllədaxili küçələrin əsaslı şəkildə təmiri və yenidən qurulması mərhələli şəkildə aparılır.

Keçidlər