Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün, avqustun 4-ü Vətən müharibəsinin Şəhidi Kərimov Əhməd Vaqif oğlunun 32 yaşı tamam olur.

04 avqust 2021 | 16:00

Şəhidlik zirvəsinə ucaldıqdan sonra Əhmədin qeyd olunan ilk doğum günündə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavinləri, YAP Suraxanı rayon təşkilatının sədri, RİHBA-nın şöbə müdirləri, Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və bələdiyyə sədri, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi Şəhidin məzarını ziyarət etmiş, ruhuna dualar oxumuş və onun əziz xatirəsini ehtiramla yad etmişlər. Həmçinin, Şəhidin ailə üzvlərinə baş çəkərək, onun adının əbədiləşdirilməsi üçün salınmış guşə ilə tanış olmuşlar.
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Vətənimizin bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçən nur üzlü şəhidimizə Allahdan rəhmət, ailəsinə səbr diləyərək dərin hüznlə başsağlığı  vermiş və bildirmişdir ki, Vətən, millət yolunda canından keçməyə hazır olanların fəth etdiyi ən yüksək, ən şərəfli zirvədir Şəhid olmaq. Və hər bir Şəhid ailəsi bu məqama ucalan mərd oğullarımızın bizlərə əmanətidir. Onlara dəstək olmaq hər birimizin borcudur. Eyni zamanda Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Qələbədə payı olan Əhməd kimi oğullarımızın qanının yerdə qalmadığını vurğulayan RİH başçısı bildirdi ki, məhz belə vətənpərvər gənclərimizin canı-qanı bahasına bu gün Qarabağımız azaddır.
Qeyd edək ki, Şəhidimiz Əhməd Kərimov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda”, Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

 

Keçidlər