Şriftin ölçüsü :

Saytın rəngi :

İyulun 27-də Şəhidimiz Fərzullazadə Mehdi Zaman oğlunun doğum günü münasibətilə onun təhsil aldığı 208 saylı tam orta məktəbdə xatirəsinə həsr olunmuş tədbir keçirilib.

27 iyul 2021 | 16:00

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı müavinlərinin, YAP Suraxanı rayon təşkilatının sədrinin, RİHBA-nın şöbə müdirlərinin iştirakı ilə Vətən uğrunda canını fəda etmiş igidlərimizin  döyüş yolunun öyrənilməsi, onların xatirəsinin əbədiləşdirilməsi, göstərdikləri şücaətin təbliği, şagirdlərdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə təşkil olunmuş tədbirdə Şəhidimizin döyüş yolundan, onun göstərdiyi qəhrəmanlıqlardan söhbət açılıraq bütün Şəhidlərimizin müqəddəs ruhu ehtiramla yad edilmiş, şagirdlərin ifasında vətənpərvərlik ruhunda şer və mahnılar səsləndirilmişdir.

Keçidlər