Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Şəhidimiz polkovnik-leytenant Quliyev Rəşad Rəşid oğlunun yadigarı, qız övladı İncinin 7 yaşı tamam olur.

05 iyun 2021 | 16:00

İnci balanın doğum günü münasibətilə iyunun 5-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Afət xanım Həsənova, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri şəhidimizin evində olub, onun övladının doğum gününü ailə üzvləri ilə birlikdə qeyd ediblər.
Suraxanı Rayon İcra Hakimiyyəti, Yaşat Fondu və YAP Suraxanı Rayon Təşkilatı tərəfindən ailəyə ərzaq yardımı göstərilmiş, şəhidin övladlarına hədiyyələr təqdim olunmuşdur.
RİH başçısı Əziz Əzizov səmimi ürək sözlərini bildirərək Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Qələbədə payı olan Rəşad Quliyev kimi oğullarımızın hər zaman xalqımızın qəlbində yaşayacağını, dövlətimiz, ölkə başçımız, eləcə də rayon rəhbərliyi tərəfindən şəhidimizin doğmalarına göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini qeyd etmişdir.
Şəhidimizin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə başda ölkə Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya olmaqla rayon rəhbərliyinə təşəkkürlərini bildirmiş, şəhidin xatirəsinin əziz tutulmasını, ailəsinə sahib çıxılmasını, daim yad olunmasını onun timsalında bütün şəhid ailələrinə olan hörmət və ehtiramın, qayğının bariz nümunəsi kimi qiymətləndirmişlər.

Keçidlər