Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda fiziki imkanları məhdud şəxslərin sərgisi təşkil olundu

01 iyun 2021 | 16:00

İyunun 1-də Suraxanı Rayon İcra Hakimiyyətinin və “Atashgah Art Centre”in birgə təşkilatçılığı ilə Əmircan qəsəbəsi, Heydər Əliyev parkında fiziki imkanları məhdud şəxslərin fəaliyyətini ictimaiyyətə təqdim etmək, əl işlərinin satışına dəstək məqsədi ilə satış sərgisi təşkil olunmuşdur. Sərgidə 15 nəfərə yaxın fiziki imkanları məhdud şəxslər tərəfindən hazırlanmış suvenirlər, ağac üzərində oymalar, xalçaçılıq, tikmə və toxuma nümunələri, rəsmlər, bəzək əşyaları və aksesuarlar və s. nümayiş olunmuşdur.
Sərgidə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Suraxanı Rayon Prokuroru Rəşid Mahmudov, RİHBA-nın şöbə müdirləri və əməkdaşları, qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri və rayon sakinləri iştirak edib.

Keçidlər