Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun digər qəsəbələrində də ehtiyacı olan küçələrdə və məhəllədaxili yollarda asfaltlanma işləri mərhələli şəkildə davam etdirilir.

21 may 2021 | 16:00

Uzun illərdir Əmircan-Hövsan yolunun sağ tərəfində Bahar yaşayış sahəsinin qarşı hissəsində yerləşən, Əfqanıstan Veteranları üçün ayrılmış ərazidə salınan yaşayış sahəsinin  sakinləri yolsuzluqdan əziyyət çəkirdilər.
Nəqliyyatın maneəsiz hərəkətinin tənzimlənməsi, əhalinin rahat gediş-gəlişinin təmin edilməsi məqsədilə sözügedən yaşayış sahəsində Azərbaycan Avtomobil Yollları Dövlət Agentliyi tərəfindən 9000 kv.m asfalt örtüyü salınmışdır. Həmçinin, orada yaşayan sakinlərin dəstəyi ilə kanalizasiya xətləri çəkilmişdir. Hazırda işlərin davamı olaraq Agentlik tərəfindən 9500 kv.m asfaltlanma işləri aparılır.
Qeyd edək ki, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov yerində baxış zamanı sakinlərlə görüşərək görülən işlərin mövcud vəziyyəti ilə maraqlanmış və aidiyyəti üzrə müvafiq tapşırıqlar vermişdir.

Keçidlər