Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda Ramazan bayramı münasibətilə şəhid ailələrinin ziyarət olunması davam edir

14 may 2021 | 16:00

Mayın 14-də Ramazan bayramı münasibətilə Şəhid ailələrinə mənəvi dəstək məqsədilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHBA-nın şöbə müdirləri, RİHB-nin Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Qaraçuxur qəsəbəsində Şəhidlərimiz Hüseynov İsabala Ceyhun oğlunun, Qasımlı Muxtar Əli oğlunun, Qəhrəmanov Orxan Sərvər oğlunun, İsmayılov Elçin Mübariz oğlunun, Babayev Fərhad Məhərrəm oğlunun, Kazımlı Mürsəl Kamil oğlunun, Kərimov Əhməd Vaqif oğlunun, Həmidov Mixail Hamlet oğlunun, Səfərov Şahmar Nazim oğlunun, Məmmədov Mahir Ağasəlim  oğlunun, Səmədli Elşən Bayram oğlunun, Süleymanov Rauf Allahverdi oğlunun, Mustafazadə Ceyhun Şükür oğlunun ailələrini ziyarət etmiş, qayğıları ilə maraqlanmış, ərzaq yardımları göstərmişlər.
Görüşlər zamanı Şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunmuş, onların ruhuna dualar edilmişdir.

Keçidlər