Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda Ramazan bayramı münasibətilə şəhid ailələrinin ziyarət olunması davam edir

14 may 2021 | 16:00

Mayın 14-də Ramazan bayramı münasibətilə Şəhid ailələrinə mənəvi dəstək məqsədilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHBA-nın şöbə müdirləri, RİHB-nin Bülbülə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri Bülbülə qəsəbəsində Şəhidlərimiz Manafov Osman Natiq oğlunun, Cabarzadə Cavid Qorxmaz oğlunun, Əliyev Yunis Zaur oğlunun, Orucov Səbuhi Vahid oğlunun, Fərzullazadə Mehdi Zaman oğlunun, Hüseynzadə Fərid Eldəniz oğlunun və Vətən müharibəsində itkin düşmüş hesab olunan hərbi qulluqçumuz Feyzullayev Aydın Zakir oğlunun  ailəsini ziyarət etmiş, qayğıları ilə maraqlanmış, ərzaq yardımları göstərmişlər.
Görüşlər zamanı Şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunmuş, onların ruhuna dualar edilmişdir.

Keçidlər