Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda şəhid ailələri Ramazan bayramı münasibətilə ziyarət olunur

13 may 2021 | 16:00

Mayın 13-də Ramazan bayramı münasibətilə Şəhid ailələrinə mənəvi dəstək məqsədilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHBA-nın şöbə müdirləri, RİHB-nin Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Hövsan qəsəbəsi, Südçülük sovxozu adlandırılan yaşayış sahəsində Şəhidlərimiz Orucov Elmir Elyar oğlunun, Məmmədov İsa Nazim oğlunun, Əhmədli Qardaşxan Elxan oğlunun, Əsgərov Rüfət Qabil oğlunun, Süleymanov Tamerlan Xankişi  oğlunun,  Hacıyev Elmaz Elmar oğlunun ailələrini ziyarət etmiş, qayğıları ilə maraqlanmış, ərzaq yardımları göstərmişlər.
Görüşlər zamanı Şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunmuş, onların ruhuna dualar edilmişdir.

Keçidlər