Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda şəhid ailələri Ramazan bayramı münasibətilə ziyarət olunur

13 may 2021 | 16:00

Mayın 13-də Ramazan bayramı münasibətilə Şəhid ailələrinə mənəvi dəstək məqsədilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, birinci müavini, RİHBA-nın şöbə müdirləri, RİHB-nin Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Hövsan qəsəbəsində Şəhidlərimiz Mərdanov Vaqif Ədalət oğlunun, Yusubov Elzar Süleyman oğlunun, Əlimov Elvin Nəsrəddin  oğlunun, Eissavi Muhamməd Mazen oğlunun ailələrini ziyarət etmiş, qayğıları ilə maraqlanmış, ərzaq yardımları göstərmişlər.
Görüşlər zamanı Şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunmuş, onların ruhuna dualar edilmişdir.

 

Keçidlər