Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində iştirak edərək Şəhid olmuş hərbi qulluqçuların ailələri daim diqqət mərkəzindədir

13 aprel 2021 | 16:00

Şəhidimiz Qəhrəmanov Orxan Sərvər oğlunun anası Arzu xanım və Şəhidimiz Yusubov Elzar Süleyman oğlunun anası Günəş xanım  Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatında qəbul olunaraq, onların problemləri dinlənilmişdir.
Həmçinin, Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları Zığ qəsəbəsi, Dədə Qorqud qəbiristanlığındakı Şəhidlər Xiyabanını ziyarət etmiş, torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına döyüşərək şəhid olan cəsur igidlərimizin ruhuna dualar oxuyaraq əziz xatirələrini ehtiramla yad etmişlər.

Keçidlər