Şriftin ölçüsü :

Saytın rəngi :

1-ci Qarabağ müharibəsinin Şəhid ailələri daim diqqət mərkəzindədir

13 aprel 2021 | 16:00

13 aprel 2021-ci il tarixdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov qəbul olunmasını istəyən sakinimiz, 1-ci Qarabağ müharibəsinin Şəhidi Mehdiyev Taleh Teymur oğlunun anası, 81 yaşlı Gülnaz xanımın Qaraçuxur qəsəbəsində yaşadığı ünvana gedərək onun problemlərini dinləmişdir. Görüşdə RİHB-nin müavini Fuad Cəbrayılov, şöbə müdirləri, RİHB-nin Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini iştirak etmişlər.
Şəhid anasının qayğıları ilə maraqlanan RİH başçısı Əziz Əzizov onun qaldırdığı məsələnin yerində həlli ilə bağlı müvafiq göstərişini vermiş və müraciət öz müsbət həllini tapmışdır.
Gülnaz xanım göstərilən diqqətə görə təşəkkürünü bildirmişdir.

Keçidlər