Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda 44 günlük Vətən müharibəsində iştirak edən yaralı hərbçilərimiz mütəmadi olaraq ziyarət olunur

02 aprel 2021 | 16:00

Vətən müharibəsində tarixi qələbənin əldə edilməsində misilsiz fədakarlıq göstərən, ölkəmizin ərazi bütövlüyü yolunda canından keçən, hər birimizə sonsuz sevinc və qürur hissləri yaşadan qəhrəman Şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilir, onların ailə üzvləri, həmçinin Vətən müharibəsində sağlamlığını itirən hərbi qulluqçularımız daim diqqətdə saxlanılır.
Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və dəstəyi ilə 84 №li tam orta məktəbin, P.İsmayılov adına 278 №li tam orta məktəbin, A.Aqarunov adına 154 №li tam orta məktəbin, E.Adıgözəlov adına 263 №li körpələr evi-uşaq bağçası nın, 312 №li körpələr evi-uşaq bağçasının, 323 №li körpələr evi-uşaq bağçasının, 330 №li körpələr evi-uşaq bağçasının kollektivləri Vətən müharibəsində yaralanmış hərbiçilərimiz  Sadıxov Cavanşir Faiq oğlunu, Əfəndiyev Ümüd İlham oğlunu, Mirzəyev Hikmət Elçin oğlunu, Əhədov Nicat Əbruc oğlunu, Musayev Səddam Fəzail oğlunu, Mirzəağayev Pərvin Əbülfəz oğlunu, Ağayev Rafiq Rauf oğlunu, İsmayılov Tural Teyyub oğlunu ziyarət edərək onların səhhəti və problemləri ilə maraqlanmış və ailələrə ərzaq yardımları göstərmişlər.

Keçidlər