Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda 44 günlük Vətən müharibəsində iştirak edən yaralı hərbçilərimiz mütəmadi olaraq ziyarət olunur

21 mart 2021 | 16:00

Baharın ilk günü 22 mart 2021-ci il tarixdə bayram ərəfəsində Suraxanı RİH başısı Əziz Əzizov, müavini Fuad Cəbrayılov, aparatın şöbə müdirləri, RİHB-nin Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Vətən müharibəsində, Qarabağın azadlığı uğrunda qəhrəmanlıqla döyüşərək yaralanmış qazimiz Qurbanov Əbülfət Tanverdi oğlunu evində ziyarət edib, ailəsinə ərzaq yardımı göstəriblər.
Torpaqlarımızın düşmən tapdağından  azad edilməsi uğrunda mərdliklə vuruşaraq Laçın rayonunda gedən şiddətli döyüşlərdə yaralanan Əbülfət Qurbanovun sağlamlıq vəziyyəti, müalicəsinin gedişi və məişət şəraiti ilə maraqlanan RİH başçısı Əziz Əzizov başda Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva olmaqla dövlətimiz tərəfindən şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən dəstəkdən danışıb, bundan sonra da həmin ailələrin diqqət və qayğı ilə əhatə olunacağını vurğulayıb. O, bildirmişdir ki, tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.
Əziz Əzizov yaxın günlərdə qazi Əbülfət Qurbanovun və ailəsinin yaşadığı fərdi yaşayış evinin dam örtüyünün təmiri, eləcə də evin həyətinin asfaltlanması işlərinin başlanması üçün müvafiq tapşırıqlarını vermişdir.
Qeyd edək ki, Əbülfət Qurbanov Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə “Hərbi xidmətlərə görə” medalı, Azərbaycan Respublikasının Cəbrayıl, Qubadlı və Laçın rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” , “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Keçidlər