Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda şəhid ailələri davamlı olaraq ziyarət olunur

25 mart 2021 | 16:00

25 mart cümə axşamı günü Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavini Fuad Cəbrayılov, şöbə müdirləri, RİHB-nin Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən müharibəsinin Şəhidi Sadıqov Yaşar Füzuli oğlunun Hövsan qəsəbəsi, Binə Südçülük sovxozu adlandırılan yaşayış sahəsində yaşayan doğmalarına dərin hüznlə başsağlığı vermiş və ailəyə ərzaq yardımı göstərilmişdir.
Aprel döyüşlərində də iştirak edən Yaşar Sadıqov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşmuşdur. Oktyabrın əvvəlində Murovdağ döyüşləri zamanı şəhid olmuş və uzun müddət nəşi tapılmayan Yaşar Sadıqov fevralın 27-də II Şəhidlər Xiyabanında dəfn edilmişdir.
RİH başçısı Əziz Əzizov Şəhidin doğmalarına səbr diləyərək bildirmişdir ki, Şəhidlik zirvəsinə ucalmış vətən oğullarımızın döyüş yolu, göstərdikləri şücaət və vətənpərvərlik hər zaman gənc nəsil üçün nümunə olacaqdır. Şəhidlər bizim həm nisgilimiz, kədərimiz, həm də fəxrimiz, ölməzliyimiz, örnəyimizdir.
Qeyd edək ki, Yaşar Sadıqov hərbi xidməti müddətində III dərəcəli "Qüsursuz xidmətə görə", II dərəcəli "Qüsursuz xidmətə görə", "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubileyi, I dərəcəli "Qüsursuz xidmətə görə", "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubileyi, "Azərbaycan Silahlı Qüvvələri Veteranı", "Azərbaycan Ordusunun 100 illiyi" yubileyi medalları ilə təltif olunmuşdur.

Keçidlər