Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində iştirak edərək Şəhid olmuş hərbi qulluqçuların ailələri hamımız üçün əzizdir. Onların yanında olmaq, diqqət göstərmək hər birimizin mənəvi borcudur.

27 mart 2021 | 16:00

27 mart 2021-ci il tarixdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavini Fuad Cəbrayılov, şöbə müdirləri, RİHB-nin Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini torpaqlarımızın düşmən tapdağından azad olunmasında qəhrəmanlıq göstərərək Şəhidlik zirvəsinə ucalan Hüseynov İsabala Ceyhun oğlunun ailəsini ziyarət etmiş və ərzaq yardımı göstərilmişdir.
Ailənin qayğı və problemləri ilə yaxından maraqlanan RİH başçısı Əziz Əzizov Şəhidliyin vətənpərvərliyin ən ali məqamı olduğunu, bu ucalığa yüksələnlərin ömür yolunun nə qədər qısa olsa da, şərəfli və örnək sayıldığını vurğulamışdır.
Cəbrayıl, Füzuli, Zəngilan və Laçın rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edərək mətinliyi və vətənpərvərliyi ilə ölümün gözünə dik baxan İsabala Hüseynov Laçın döyüşləri zamanı şəhid olmuş və Əmircan qəsəbəsində Şəhidlər xiyabanında dəfn edilmişdir.
Qeyd edək ki, Şəhidimiz İsabala Hüseynov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

 

Keçidlər