Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün, 28 mart 2021-ci il tarixdə torpaqlarımızın azadlığı uğrunda gedən Vətən müharibəsində Şəhid olmuş igidimiz Qəhrəmanov Orxan Sərvər oğlunun 30 yaşı tamam olur.

28 mart 2021 | 16:00

Şəhidin doğum günü ilə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavini Fuad Cəbrayılov, şöbə müdirləri, RİHB-nin Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini onun xatirəsini ehtiramla yad edərək Qaraçuxur qəsəbəsində yaşayan ailəsini ziyarət etmiş və ərzaq yardımı göstərilmişdir.
RİH başçısı Əziz Əzizov Şəhidimizin anası Arzu xanıma Vətənimizə gərəkli övlad böyütdüyü üçün bir daha təşəkkür etmiş, torpaqlarımızın müdafiəsi naminə canlarından keçmiş və Şəhidlik zirvəsinə ucalmış Vətən övladlarımızın xatirəsinin daim əziz tutulduğu kimi, onların ailə üzvlərinin, doğmalarının da hər zaman dövlət qayğısı ilə əhatə olunacağını bildirmişdir.
Şəhidimiz Orxan Qəhrəmanov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Qeyd edək ki, Orxan Qəhrəmanovun doğmaları Şəhid ailəsi olmağın qürurunu və acısını 2-ci dəfə yaşayırlar, çünki Orxanın əmisi Qəhrəmanov Camal Cümşüd oğlu da 1-ci Qarabağ müharibəsində torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda edərək Şəhid olmuşdur.
Azərbaycan gəncliyi və gələcək nəsillər belə qəhrəman oğullarımızı daim fəxr və qürurla anacaq.

Keçidlər