Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda Şəhid ailələrinin və müharibə iştirakçılarının sosial problemlərinin həll olunması, onlara mənəvi dəstək göstərilməsi xüsusi diqqətdə saxlanılır.

19 fevral 2021 | 16:00

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHB-nin birinci müavini Rəşad Hacıyev və şöbə müdirləri qanı və canı bahasına bizlərə zəfər, qələbə sevinci yaşadan Şəhidlərimizdən Şahbazov Elnur Qədir oğlunun ailəsini ziyarət edib, ərzaq yardımı göstərmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirmişdir ki, torpaqlarımızın azadlığı, ölkəmizin müstəqilliyi uğrunda şəhid olmuş vətən oğullarını boya başa çatdıran valideynlərin dərdi dərin olsa da, qürur hissləri də böyükdür. Bu hissləri onlara bəxş edən vətən sevgisi, torpaq təəssübkeşliyi, dövlətimizin şəhidlərin ruhuna bəslədiyi ehtiram və onların ailələrinə tükənməyən qayğısıdır.
Şəhidlər bizim həm nisgilimiz, kədərimiz, həm də fəxrimiz, ölməzliyimiz, örnəyimizdir.
Allahdan bütün Şəhidlərə rəhmət, doğmalarına səbr diləyirik.
Qeyd edək ki, Şəhidimiz Elnur Şahbazov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə “Cəsur döyüşçü” medalı, Azərbaycan Respublikasının Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Keçidlər