Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda keçirilən növbəti iməclik

07 fevral 2021 | 16:00

Son 3 gün ərzində Xəzər dənizinin Suraxanı rayon ərazisinə düşən hissəsinin sahilində və Zığ qəsəbəsi, Duzlu göl ətrafında aparılan genişmiqyaslı təmizlik işləri bu gün də davam etdirilib.
Ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyi, insanların sağlamlığının və sanitar təmizliyin təmin edilməsi məqsədilə RİHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin və bələdiyyələrin əməkdaşlarının, ödənişli ictimai işlərə cəlb olunmuş şəxslərin iştirakı ilə keçirilən iməciliyə Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xeyli sayda canlı qüvvəsi və texnikası cəlb olunmuş, ətraf ərazi sağlamlıq üçün zərərli olan müxtəlif məişət, polietilen tullantılardan təmizlənmiş və ərazidən daşınmışdır.

Keçidlər