Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün, yanvarın 30-u Vətən torpaqlarının düşmən tapdağından azad olunmasında qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan igid oğullarımızdan biri əsgər Babayev Fərhad Məhərrəm oğlunun doğum günüdür.

30 yanvar 2021 | 16:00

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və Aparatın əməkdaşları onun ailəsinə baş çəkərək ərzaq yardımı göstərmişlər. 1992-ci ilin bu günündə dünyaya göz açan Şəhidin keçdiyi şərəfli ömür yolundan söz açılaraq ruhuna dualar edilib, xatirəsi qürurla yad olunub.

Şəhidlərimizə olan hörmət və ehtiramını bildirən RİH başçısı Əziz Əzizov Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun gücünün, qüdrəti sayəsində işğaldan azad edilmiş torpaqlarımızda bu gün müqəddəs üçrəngli bayrağımızın dalğalanması naminə düşmən qarşısında bütün çətinliklərə sinə gərən əsgər və zabitlərimizin, hərbçilərimizin misilsiz şücaətinin gələcək nəsillər üçün örnək olduğunu vurğulamışdır. 
Qeyd edək ki, Şəhidimiz Fərhad Babayev Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Keçidlər