Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidimiz igid qəhrəmanımız Əliyev Yunis Zaur oğlunun doğum günüdür.

20 yanvar 2021 | 16:00

Növbəti dəfə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Afət xanım Həsənova, RİHB-nin müavini və Aparatın əməkdaşları Vətənimizi, torpaqlarımızı qoruyarkən gözünü qırpmadan canını fəda edərək şəhid olan igid qəhrəmanımız Əliyev Yunis Zaur oğlunun doğum günündə ailəsini ziyarət etmiş, Şəhidimizin əziz xatirəsi ehtiramla yad olunmuşdur.
Əziz Əzizov bildirmişdir ki, xalqımız Vətəninə, torpağına bağlı qəhrəmanlar yetişdirən xalqdır. Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərliyin, cəsurluğun, müsbət əxlaq və əqidənin sonsuz olduğunu vurğulayan RİH başçısı qeyd etdi ki, bizə qələbə sevinci yaşadan Yunis kimi oğulları gələcək nəsillər hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər.
Qeyd edək ki, Yunis Əliyev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı, Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.

Keçidlər