Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Vətənimizin azadlığı uğrunda gedən döyüşlərdə igidliklə vuruşan Qazıbəyovlar ailəsinin 2 qəhrəmanı - Rahib və Ramiq qardaşlarını ziyarət edib. Qeyd edək ki, düşmən qarşısında canını sipər edən baş leytenant Rahib Qazıbəyov döyüşlərdə yaralanmışdır.