Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda kanalizasiya xəttinin çəkilişi davam etdirilir.

25 noyabr 2020 | 16:00

Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Xanlar Ələkbərov küçəsində yağış və kanalizasiya infrastrukturunun olmaması mütəmadi və intensiv yağıntılar zamanı problemlər yaradırdı. Bu səbəbdən uzun illərdən bəri sakinlərin narazılığına səbəb olmuş fərdi yaşayış evlərinin subasması hallarının qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirilib.
Qeyd edək ki, 200-ə yaxın ailənin yaşadığı sözügedən ərazidə hər dəfə müşahidə edilən leysan xarakterli yağıntılar ciddi fəsadlara səbəb olurdu. Yaranmış vəziyyətin aradan qaldırılması və səth sularının ərazidən kənarlaşdırılması üçün həmin küçədə yol 3 metr dərinliyində qazılaraq hər birinin diametri 530 mm olan 12 metr uzunluğunda 2 giliz (patron) qoyulmuşdur. Görülən işlərin icrası nəticəsində subasma təhlükəsi olan ərazidə su yığılmalarının qarşısı alınacaq və yaşayış evlərinə ziyan dəyməsi kimi təhlükələr aradan qaldırılaq problem köklü şəkildə həll olunacaqdır.

 

Keçidlər