Şriftin ölçüsü :

Saytın rəngi :

Bu günlər, ordu ilə xalqın ürəyinin bir döyündüyü günlərdir!

05 noyabr 2020 | 16:00

Azərbaycanın Qafqazda öz geosiyasi, geoiqtisadi və hərbi-geostrateji maraqlarının təminatı istiqamətində yürütdüyü regional siyasətin mahiyyəti, vəzifələri və istiqaməti haqqında müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyev və istənilən sektorda onun siyasətini keyfiyyətcə zənginləşdirərək davam etdirən ölkə Prezidenti İlham Əliyev dəfələrlə çıxış etmiş, ayrı-ayrı beynəlxalq tribunalardan öz fikirlərini səsləndirmişlər. Artıq 30 ilə yaxındır ki, Azərbaycan Ermənistanın işğalından və təcavüzündən əziyyət çəkir, 1 milyon məcburi köçkünümüz öz doğma yurdlarının həsrəti ilə yaşayır və evlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Artıq bu gün, güclü ordumuz Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Prezident İlham Əliyevin tövsiyyə və göstərişləri əsasında yeni bir tarix yazır, o tarixi ki, gələcək nəsillərə xüsusi bir fəxarət hissi ilə çatdıracağıq. Azərbaycan, Prezident İlham Əliyevin də vurğuladığı kimi öz haqq yolunu tutub, haqqı bərpa edir.
Prezident İlham Əliyevin ARD televiziya kanalına müsahibəsindən açıq aydın görünür ki, Ermənistan dünayaya yalan məlumatlar yaymaqda davam edir və təbii ki, Azərbaycan tərəfi bu yalan məlumatları fakt və sübutlarla təkzib etməyə qadirdir, buna Cənab İlham Əliyevin cavabları bariz nümunədir. Azərbaycan Respublikasının regionda sülhün və sabitliyin qorunmasının təminatçısı olması, Ermənistanın sentyabr ayının 27-də ilk atəş açmaqla müharibəni başlamasından görünür. Azərbaycan, sözsüz ki, hansı yolla olursa olsun mütləq şəkildə öz torpaqlarını işğaldan azad edəcəkdi və bu yolun sülh yolu olması üçün əlindən gələni edir. Ermənistan tərəfi, nəinki işğal etdikləri torpaqlardan geri çəkilməyi, hətta yeni torpaqlar ələ keçirmək xülyası ilə öz hədlərini aşdılar və təbii ki, layiqli cavablarını aldılar. Cənab İlham Əliyev öz müsahibəsində münaqişənin həlli istiqamətində fəaliyyət göstərən vasitəçilərin tərəfsiz olmamasına diqqəti çəkmiş və ATƏT-in Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməsi istiqamətində indiyədək heç bir fəaliyyət göstərməmiş olduğunu xüsusi vurğulamışdır. Azərbaycan tərəfi sözsüz ki, təkbaşına öz Vətən müharibəsini aparır və 3-cü bir ölkənin bu müharibəyə cəlb olunmasını istəmir. Çünki, bizi əhatə edən ölkələrlə bizim tərəfdaşlıq və dostluq münasibətlərimiz mövcuddur.
Buna şübhə yoxdur ki, Azərbaycan ordusu, Azərbaycan xalqı, bizim hər birimiz bir vətəndaş kimi Prezident, Ali Baş Komandanımız cənab İlham Əliyevin ətrafında sıx birləşərək düşmən üzərində layiqli zəfər çalacağıq. Bu günlər, ordu ilə xalqın ürəyinin bir döyündüyü günlərdir və bütün Azərbaycan xalqı Prezident İlham Əliyevə arxalanır, güvənir, biz hamımız yumruq kimi birləşərək qalibiyyətə doğru addımlayırıq və bu birlik Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi əbədidir!


Fərhad Şirinov adına 23 nömrəli körpələr evi uşaq bağçasının müdiri Rəna Abutalıbova

Keçidlər