Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda növbəti küçədə asfaltlanma işləri aparılır

29 oktyabr 2020 | 16:00

Əhalinin rahat gediş-gəlişinin təmin edilməsi məqsədilə rayonun Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində 2100 kv.m asfalt örtüyü salınıb.
Qeyd edək ki, Azərbaycan Avtomobil yolları Dövlət Agentliyinin “Bakı 7№-li Yol İstismarı” MMC tərəfindən cari ilin 10 ayı ərzində Bülbülə qəsəbəsində, Ramiz Qarayev, Səttar Bəhlulzadə, Nəriman Nərimanov, Murad Abdullayev, Möhsün Bəydəmirov, Əli Əsgərov, Samir Əliyev, İlqar Məmmədov küçələrində 14 500 kv.m asfalt örtüyü salınmışdır.
Rayonun digər qəsəbələrində də asfaltlanma işlər mərhələli şəkildə həyata keçirilir.

Keçidlər