Şriftin ölçüsü :

Saytın rəngi :

“Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir!”

18 oktyabr 2020 | 16:00

Bu gün azərbaycan xalqının bir gözü gülür, bir gözü ağlayır! Gəncədə baş verən terror aktından sonra  Ali Baş Komandan İlham Əliyevin Füzuli şəhərinin və bir neçə kəndinin işğaldan azad olunması xəbəri Azərbaycan xalqının sevincinə səbəb olub. Lakin çox təssüf ki, Gəncədə uşaqlar da daxil olmaqla mülki sakinlərin öz həyatlarını itirməsini müşahidə etdik. BMT-nin baş katibi Antonio Quterreş Azərbaycanın Xarici İşlər  naziri Ceyhun Bayramov və Ermənistanın Xarici İşlər naziri Zohrab Mnatsakanyanla telefon danışığı apararaq atəşkəsin tam şəkildə həyata keçirilməsi ilə bağlı hər iki tərəfə konkret mesaj verib. Birləşmiş Millətlər  Təşkilatı (BMT) Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhərindəki mülki əhaliyə raket zərbəsinin endirməsini və nəticədə dinc əhalinin həlak olmasını qınayıb. Baş verən bu terror aktı bir  daha bütün dünyaya sübut edir ki, Ermənistan işğalçı  və təxribatçı bir dövlətdir.
   Cənab Prezindetin Ria Novosti agentleyinə verdiyi müsahibəsinin  incəliklərinə vardıqda Prezident İlham Əliyevin söylədiyi və vurğuladığı fikirlərin çox kəskin və dəqiq olduğunu görürük. Öncəliklə  müharibəyə istinad edərək  qeyd etməliyəm ki, Ermənistan yeni müharibəyə hazırlaşırdı. Bunu açıq aşkar sübut edən dəlillər vardır. Hətta bu gün Cənab Prezident xalqa ünvanladığı çıxışda da  çox gözəl və yerində vurğuladı ki, Ermənistan bankrot bir ölkədir, bu qədər silah və sursatı hardan alır?! Təbii ki, Ermənistan bu hərbi əməliyyatlara çoxdan hazırlaşırmış.
    Onu da qeyd edim ki, yaşanan son vəziyyətləri  diqqətlə izləyən bir vətəndaş  həmçinin bir araşdırmaçı kimi deməliyəm ki, Azərbaycan öz prinsiplərinə sadiqdir  və bir müstəqil dövlət kimi öz işğal altında olan torpaqlarımızı geri qaytarmalıyıq. Cənab Prezidentin söylədiyi fikirlərlə düşünürəm bütün xalq razıdır ki, biz Şuşanı  almasaq işimiz yarımçıq qalır!
Tarixə əsaslanaraq qeyd etməliyəm ki, 1747- ci ildə Nadir şahın ölümündən sonra Cavanşir sülaləsindən olan Pənahəli Xan Qarabağ Xanlığının əsasını qoymuşdur. Qarabağ xanlığının kiçik Qafqaz dağlarının cənub şərqində yerləşirdi. Xanlığın sərhədləri Araz çayından Göyçə gölünədək, Tərtər çayından bütün düzənlik və Dağlıq Qarabağı, Zəngəzuru, Bərgüşadi əhatə etməklə Mehri ,Taten və Sisiyana qədər uzanırdı. 1763-cü ildə Pənahəli Xanın ölümündən sonra hakimiyyətə İbrahimxəlil Xan gəldi. 1805-ci ildə İbrahimxəlil Xan ilə Rusiya generalı Sisianovun arasında imzalanmış Kürəkçay müqaviləsinə əsasən Qarabağ  Xanlığı Rusiya İmperiyasının tərkibinə keçdi. 11 maddədən ibarət olan bu müqaviləni araşdırdıqda Cənab Prezidentin söylədiyi kimi heç bir maddədə ermənilərin adının belə keçmədiyini görürük. Bu da bir daha Prezident İlham Əliyevin çox yüksək tarixi biliklərə sahib olduğunu göstərir. Azərbaycan Prezidentinin əsas amalı xalqın etimadını doğrultmaqdır.
     Erməni işğalçı dövlətinin nə dərəcədə riyakar və böhtançı olduğunu sübut etmək məncə heç lazım deyil. Qarabağ adının etimologiyasına nəzər salsaq  görərik ki, bu ada erkən orta əsrlərdə rast gəlinir. “qara “ və “ bağ” söz birləşməsi qədim tarixə malikdir.
     Hal-hazırda bütün dünyanın gözü Azərbaycan üzərindədir. Azərbaycanın  ərazi bütövlüyünü tanıyan dövlətlərlə  yanaşı mənfur qonşularımızı dəstəkləyənlər də az deyil. Hətta bu vəziyyətdən istifadə edərək Azərbaycan- Rusiya  münasibətlərinə nifaq salmaq istəyənlər  də var. Lakin  uzaqgörən Prezidentimizin Rusiya və Azərbaycanın çoxəsrlik dostluğu haqqında söylədiyi fikirlər bu münasibətlərə xələl gətirmək istəyənlərə bir sillədir. – “Azərbaycan və Rusiyanı çoxəsrlik dostluq, əməkdaşlıq və qarşılıqlı anlaşma bağları bağlayır. Mən əminəm ki, heç bir qüvvə buna təsir edə bilməz. Biz müxtəlif istiqamətlərdən münasibətərə nifaq salmaq  cəhdlərəni görürük. Lakin həm Rusiya , həm də Azərbaycan rəhbərliyinin ardıcıl siyasəti sayəsində biz nəinki münasibətlərimizdə  geri çəkilmirik, əksinə irəliləyirik-deyə İlham Əliyev Sputnikə paralel müsahibəsində “Rossiya Seqodnya” BİA-nın baş direktoru Dmitri Kiselyova deyib.
Sonda  qeyd etməliyəm ki, biz əyilməz bir xalqıq! Və bu yoldan dönməyəciyik! Qarabağ Azərbaycandır! Azərbaycanın üçrəngli müqəddəs bayrağı Qarabağda dalğalanır və dalğalanacaq! 1918-ci ildə Azərbaycan  Xalq Cümhurriyəti yarandıqda Qarabağ Azərbaycanın tərkibində idi və bundan sonra da belə olacaq! Buna Cənab Prezidentin sarsılmaz qərarları, Ordumuzun yenilməz gücü və Xalqımızın böyük əzmi müvəffəq olacaqdır!!
Sən bizimsən bizimsən
Durduqca bədəndə can
Yaşa çox yaşa
Ey şanlı Azərbaycan!!!!
Suraxanı  rayonu 97 nömrəli tam orta məktəbin direktoru Nigar Hüseynova

Keçidlər