Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri istiqamətində reallaşdırılan tədbirlər nəticəsində rayonun siması günü-gündən dəyişir

14 sentyabr 2020 | 16:00

Suraxanı rayonunda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri istiqamətində reallaşdırılan tədbirlər nəticəsində rayonun siması günü-gündən dəyişir. Küçələr, yollar, piyada səkiləri əsaslı şəkildə təmir edilir. Rayon ərazisində iməciliklər təşkil olunaraq səliqə-səhman yaradılır, yaşıllaşdırma işlərinə xüsusi diqqət göstərilərək ağaclar budanır, yaşıllıqlar salınır.
Hazırda Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsində piyadalar üçün əlverişli hərəkət şəraitinin yaradılması, sakinlərin rahat və təhlükəsiz gediş-gəlişinin təmin olunması məqsədi ilə yol kənarında səkilər təmir edilir. Həmçinin, ətrafda təmizlik işləri aparılaraq yaşıllıq salınması üçün hazırlıq işlərinə də başlanılmışdır.

 

Keçidlər