Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda 2 tərəfli Zığ-Hövsan avtomobil yolunun tikintisi davam etdirilir

11 sentyabr 2020 | 16:00

Nəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək, o cümlədən piyadalar üçün əlverişli hərəkət şəraiti yaratmaq məqsədi ilə Suraxanı rayonunda avtomobil yollarının yenidən qurulması işləri davam etdirilir.
“2019-2023-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2 tərəfli Zığ-Hövsan avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması işləri aparılır.
Zığ qəsəbəsindən Hövsan qəsəbəsinin girişinədək 7,4 km uzunluğunda olan avtomobil yolunun bir istiqamət üzrə 6,4 km hissəsində işlər başa çatmışdır. Hazırda isə 2-ci istiqamət üzrə tikinti işlərinə start verilmişdir.

Keçidlər