Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunun qəsəbələrində təmizlik aksiyaları davam etdirilir

31 avqust 2020 | 16:00

Avqustun 31-də Suraxanı rayonunun qəsəbələrində təmizlik aksiyaları davam etdirilmişdir. Hövsan qəsəbəsi, Oqtay Şabanov, Bülbülə qəsəbəsi, Nəriman Nərimanov, Zığ qəsəbəsi, Hatəm Allahverdiyev, Yeni Suraxanı qəsəbəsi, Yuxarı Mədən və Mərkəzi küçələrində, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi və Etibar Bəkirli küçəsində DOST İŞ Mərkəzi tərəfindən ödənişli ictimai işlərə cəlb olunmuş işçilərin və Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşlarının cəlb olunduğu iməciliklərdə ətraf ərazi yabanı, quru alaq otlardan təmizlənib, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət, polietilen tullantılar yığışdırılıb. Həmçinin, ehtiyac olan ərazilərdə əlavə məişət tullantıları konteynerləri yerləşdirilmiş, köhnələrək sıradan çıxanlar isə yeniləri ilə əvəz edilmişdir.

 

Keçidlər