Şriftin ölçüsü :

Saytın rəngi :

BMT Adi Silahlar Registrində qeydiyyata alınmayan "alverlər"

14 avqust 2020 | 16:00

Qaraçuxur Bələdiyyəsinin vergi agenti, 2019-cu il Cüdo idman növü üzrə dünya kubokunun, Sərbəst güləş üzrə beynəlxalq yarışların qalibi, idman ustası Turan Əliyev

Dünyada baş verən sürətli və ziddiyyətli geosiyasi dəyişikliklər hər bir müstəqil dövlətin xarici siyasət kursunu daha da aktuallaşdırır. O cümlədən müstəqilliyinə qovuşmuş ölkələrin yeni şəraitin tələblərinə cavab verən kurs müəyyənləşdirməsi strateji mahiyyət kəsb edir. Bunun üçün isə həm milli-tarixi ənənədən qaynaqlanan qaydalar gözlənilməli, milli maraqlar təmin edilməli, həm də diplomatiyanın müasir metodlarından yararlanılmalıdır. Ümumi səviyyədə isə müasir qlobal dünyanın çağırışları çərçivəsində fəaliyyət göstərilməlidir. Azərbaycanın xarici siyasət kursunun əsasları Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilib. Təcrübə göstərir ki, bu, çox uğurlu, səmərəli, demokratik məzmunlu və praktiki nəticələri yüksək olan prinsiplər sistemidir. Xarici siyasətin prioritetlərinin ardıcıl surətdə həyata keçirilməsi nəticəsində əldə olunan nəticələr həm də gələcəyə ümidlə baxmağa əsas verir. Bu bağlılıqda Prezident İlham Əliyevin xarici siyasətin qarşısında duran yeni vəzifələri müəyyənləşdirməsi xüsusi əhəmiyyətli məsələ kimi göz önünə gəlir. Həmin məqamların işığında Azərbaycanın xarici siyasətinin bir sıra aspektlərini təhlil etmək zərurətini vurğulamaq istərdim.
İyulun 12-dən 16-dək Tovuz rayonu istiqamətində baş verən təxribat zamanı və iyulun 17-dən bu günədək Rusiyadan Ermənistana böyük həcmdə hərbi yüklərin daşındığı faktı ortaya çıxıb.
Prezident İlham Əliyev Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının son vaxtlar intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidenti Vladimir Putinin diqqətinə çatdırıb.
Regionda sabitliyin və inkişafin mərkəzi olan Azərbaycanın torpaqlarının 20 %-i Ermənistanın işğalı altındadır. Azərbaycanın illərdir çözülməyən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün göstərdiyi diplomatik səylərin müqabilində, işğalçı Ermənistan yalnız təxribatçı addımlarla gündəmə gəlir. Özü də cəbhə xəttində yox, Azərbaycan-Ermənistan dövlət sərhədində. Təbii ki, Ermənistanın regionda sabitliyi pozmaq cəhdlərinin arxasında böyük qüvvələr dayanır. Ermənistan isə əslində məqsədlərinə çatmaq üçün onların əlində bir oyuncaqdır. Ermənistanın müxtəlif beynəlxalq təşkilat və qurumlardan nəinki maliyyə dəstəyi eyni zamanda silah sursat da aldığı da sirr deyil. Ermənistana hərbi dəstək verən ölkələrdən biri isə qonşu Rusiyadır.
Həmin havadar ölkələrdən olan Serbiyanın qanunsuz hərəkətlərinə nəzər salaq.
Yaxın keçmişdə mediada yayılan kadrlarda erməni silahlı birləşmələrinə məxsus MT-LB zirehli nəqliyyat vasitəsi üzərində Serbiyanın “Zastava Arms” şirkəti tərəfindən istehsal edilən 20×110 mm çaplı 3 lüləli M55A4B1 zenit pulemyotu yer alıb. Adıçəkilən silah Ermənistan Ordusunun silahlanmasında (Dağlıq Qarabağda yerləşdirildiyindən separatçılarında demək olar) ilk dəfə görüntülənib. Silahların nə zaman alınması və sayı barədə BMT-nin adi Silahlar Registrində məlumat mövcud deyil.
Müasirləşdirilmiş M55A4B1 zenit pulemyotları hidravlik servo sistem və atış-nəzarət kompüterinə sahibdir. Müasirləşdirmə nəticəsində silahın reaksiya imkanları yüksəldilib ki, bu da hədəfi daha sürətlə təqib etməyə və atəş açmağa imkan verir.
Serbiya bundan əvvəl Ermənistana 250 ədəd M93 “Black Arrow” snayper tüfəngi (“Zastava Arms” şirkətinin istehsalı) satmış və adıçəkilən silahların önəmli hissəsi Ermənistan Ordusuna deyil, Dağlıq Qarabağ separatçılarına ötürülmüşdür.
Aparılan müdrik siyasət nəticəsində yüksək beynəlxalq nüfuza malik, özü silah istehsalını həyata keçirən Azərbaycan isə bu cür qeyri legal hərəkətlərə yol verməməsilə yanaşı , eyni zamanda başda qardaş Türkiyə Respublikası olmaqla bir çox ölkələrdən müasir silah tədarükü etməkdədir.

Keçidlər