Şriftin ölçüsü :

Saytın rəngi :

“Tovuz döyüşlərində ermənilər Serbiya istehsalı olan silahlardan istifadə ediblər”

14 avqust 2020 | 16:00

Suraxanı rayonu N.Həmidov adına 208 saylı tam orta məktəbin tarıx müəllimi  Mahir Heydərov:

12 iyul 2020-ci ildə erməni silahlı qüvvələri atəşkəs rejimini pozaraq artilleriya qurğularından istifadə etməklə dövlət sərhədimizin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini atəşə tutublar. Tovuz döyüşləri nəticəsində ermənilərin hücumlarının qarşısının alınması zamanı Azərbaycan hərbi qüvvələrinin bir generalı və 11 hərbi qulluqçusu, o cümlədən bir nəfər kənd sakini şəhid olmuşdur. Azərbaycan ordusunun təxirəsalınmaz tədbirləri nəticəsində ermənilərin təxribatının qarşısı alınmış, düşmənə layiqli cavab verilərək susdurulmuşdur.
Ermənistan Serbiya da daxil olmaqla, müxtəlif ölkələrdən BMT hesabatında Ermənistan respublikası üçün alındığı göstərilən silahların bir hissəsini Dağlıq Qarabağdakı separatçı rejimə ötürür.
Əldə olunan məlumatlara görə Ermənistanın “Neytron” şirkəti ilə Serbiyanın “Zastava Arms” müəssisəsi ilə məhsulların xarici bazarlarda müştərək satışı barədə müzakirələr aparılıb və razılıq əldə olunub. Serbiya Ermənistana 200 ədəd M-57 və M-70 “Commando” minaatanı və 2016-cı ildə açıqlanmayan sayda 82 mm çaplı M-79 dəzgahlı qumbaraatan və M-80 tipli qumbaraatanlar ixrac edib. Ermənistana Serbiyanın silah satışına etiraz əlaməti olaraq, iyulun 20-də Serbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Danitsa Veinoviç Azərbaycan Xarici İşlər Nazirliyinə çagrılaraq görüş keçirilib. Avqustun 7-də Serbiya Respublikasının Prezidenti Aleksandr Luçiç, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edərək Tovuzdakı hərbi toqquşmalarda erməni tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirib. Bu məsələni araşdırmaq üçün ölkəmizə Serbiyanın yüksək səviyyəli nümayəndə heyəti göndərilmişdir.
Təssüflər olsun ki, biz zaman-zaman özünü Azərbaycana dost və tərəfdaş adlandıran ölkələrin dövlətimizin milli maraqlarına laqeyidliklə yanaşmalarının şahidi oluruq. Özünü Azərbaycanın müttəfiqi adlandıran və rəsmi Bakıdan maliyyə məsələlərindən tutmuş ərazi bütövlüyü məsələsinə qədər dəstək alan Belqraddakı siyasətçilər ən azı öz milli maraqlarını düşünərək işğalçı dövləti silahlandırmamalı idilər. Azərbaycan dövləti Serbiyanın həm enerji təhlükəsliyinin təmin olunmasında əsas müttəfiqi olub, həm də milyonlarla dollar həcmində Serbiya iqtisadiyyatına yatırımlar olub. Bu yaxınlarda Serbiyanın yol tikintisi üçün Azərbaycan bu ölkəyə 3 yüz milyon kredit ayırıb. Məntiqlə Serbiya Azərbaycanla iqtisadi münasibətləri gözardı edib, işgalçı Ermənistana silah ötürməməli idi. Görünən odur ki, Serbiyadakı bəzi silah ticarətindəki ,,baronlar’’ Ermənistana silah sataraq həm şəxsi maraqlarını ümumdövlət maraqlarından üstün tutmuş, həm də Azərbaycan-Serbiya münasibətlərinə xələl gətirmək istəmişdir. Serbiyadanın yüksək dairələrindəki narahatlıq ümid yaradır ki, bu ,,silah alveri’’ bir daha təkrarlanmayacaq. Son olaraq qeyd etmək lazımdır ki, bu məsələnin tez bir zamanda araşdırılmasında Azərbaycan hökumətinin, xüsusilə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi özünün müsbət təsirini göstərmişdir. Serbiya Prezidenti Aleksandr Viçiç etiraf etmişdir ki, gələcəkdə bu kimi məsələlərdə Serbiya hökuməti bu işləri dəqiq analiz edib, Azərbaycanla strateji tərəfdaşlıq məsələlərini diqqət mərkəzində saxlayacaqdır. Biz də Azərbaycan dövləti olaraq Serbiya Prezidentinin bu vədinə ümidvar olduğumuzu bildiririk.

Keçidlər