Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda abadlaşdırma işləri sürətlə davam edir.

12 avqust 2020 | 16:00

Suraxanı rayonunda abadlaşdırma işləri sürətlə davam edir. Rayonun qəsəbələrində yolların əsaslı yenidən qurulması, su və kanalizasiya xətlərinin çəkilişi, küçələrdə aparılan təmizlik işləri, parkların abadlaşdırılması və yenidən qurulması sakinlərin təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasına xidmət edir.
Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsində yerləşən və uzun müddət baxımsız qalan parkda da əsaslı təmir işlərinə başlanılmışdır. Hazırda sözügedən parkın ərazisi təmizlənərək piyada zolaqları salınır. Abadlaşdırılan parkda ağacların əkilməsi, yaşıllıq zolağının salınması, suvarılma sisteminin, işıqlandırma dirəklərinin, söhbətgah və oturacaqların qurulması nəzərdə tutulmuşdur.

 

 

 

Keçidlər