Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunun qəsəbələrinin abadlaşdırılması, yolların asfaltlanması və küçələrin estetik görünüşünün yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.

11 avqust 2020 | 16:00

Suraxanı rayonunun qəsəbələrinin abadlaşdırılması, yolların asfaltlanması və küçələrin estetik görünüşünün yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.
Hazırda Yeni Günəşli “AB” yaşayış sahəsi, Abbas Fətullayev küçəsində yenidənqurma işləri aparılır. Sözügedən küçədə ətraf ərazinin ümumi görünüşünə xələl gətirən kommunikasiya xətləri nizamlanır, müvafiq yerlərdə yerüstü xətlər yerin altına salınır, işıq dirəkləri yeniləri ilə əvəz olunur və piyadaların rahat, təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yol boyu bordur düzülərək yeni səkilər qurulur. Həmçinin küçədə yeni asfalt örtüyünün salınması işlərinə başlanılmışdır.

 

Keçidlər