Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan sosial proqramların həyata keçirilməsi baxımından post-sovet məkanında, eləcə də Avropada ən öndə gedən ölkələrdən biridir”

09 avqust 2020 | 16:00

Şəhid Namiq Muqumovun qardaşı, 118 saylı tam orta məktəbin təlim tərbiyyə işləri üzrə direktor müavini, Elşən Muqumov

Bu gün Azərbaycan Prezident İlham Əliyevin ardıcıllıqla həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində güclü dayaqlara malik və milli maraqlarını qətiyyətlə qoruyan dövlətə çevrilib.
Cənubi Qafqazın bütün parametrlər baxımından lider dövləti statusunu inamla daşıyan Azərbaycanın güclü potensialına əsaslanan və qlobal miqyasda meydana çıxan yeni çağırışlarla uzlaşan nümunəvi inkişaf modeli bütün dünyada yüksək qiymətləndirilir. Prioritet istiqamət olan sosial siyasət sahəsində aparılan islahatlar, çevik və məqsədyönlü fəaliyyət Azərbaycanın sosial siyasətini dünya miqyasında ən gözəl nümunəyə çevirir. Ölkənin hərbi gücü artdıqca, iqtisadi potensialı gücləndikcə geniş sosial layihələr həyata keçirilir.
Xalqın güzəranının yaxşılaşdırılması üçün bütün imkanlardan yüksək səviyyədə istifadə edilir. Bütövlükdə, son illər ərzində çox ciddi sosial tədbirlər həyata keçirilib. Azərbaycanda sosial müdafiə sistemi yenilənib, yeni islahatlar aparılıb. Məhz bu səbəbdən də reallaşdırılan siyasət, aparılan islahatlar öz müsbət nəticələrini göstərir. Artıq Azərbaycanın inkişaf modeli dünyanın bir sıra dövlətləri üçün nümunəyə çevrilib, həmin dövlətlər ölkəmizin təcrübəsindən yararlanmağa çalışırlar. 
Hər birimizə məlumdur ki, dünyanı pandemiya cənginə alıb.  Bir çox ölkələrdə iqtisadi durum acınacaqlıdır. Lakin, ölkəmizdə sosial-iqtisadi inkişaf strategiyası möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında müasir dövrün reallıqları nəzərə alınmaqla daha da zənginləşdirilərək uğurla həyata keçirilir. Dövlətimiz pandemiya dövründə insanların həyat və sağlamlığının qorunması, onların sosial müdafiəsinin təmin edilməsi üçün zəruri addımlar atır və bu xalq tərəfindən rəğbətlə qarşılanır. Dövlət başçısının bəyan etdiyi kimi həm pandemiya, həm də neftin qiymətinin aşağı səviyyədə olması bizim gəlirlərimizə mənfi təsir göstərib, ancaq nəzərdə tutulmuş heç bir sosial layihə yarımçıq qalmayıb, yaxud da ixtisar edilməyib.
Azərbaycan sosial proqramların həyata keçirilməsi baxımından post-sovet məkanında, eləcə də Avropada ən öndə gedən ölkələrdən biridir. Azərbaycan yeganə ölkədir ki, burada məcburi köçkünlər, şəhid ailələri, müharibə veteranları, əlillərə evlər verilir. Daim hər bir azərbaycanlının yanında olan, onların dərdləri, problemləri ilə maraqlanan, firavanlığının qeydinə qalan dövlətimizin başçısı şəhid ailələrinə, müharibə veteranlarına, qaçqın və məcburi köçkün ailələrinə və əlillərinə daim xüsusi qayğı ilə yanaşıb. Bu ildə məcburi köçkünlər, şəhid ailələri, müharibə veteranları, əlillər üçün böyük sosial evlər paketi təqdim edilib. Təkcə məcburi köçkünlər üçün bu il 5 mindən çox ev və mənzil inşa olunub. Prezident İlham Əliyevin mənzillərin, avtomobillərin açarlarının şəhid ailələrinə şəxsən təqdim etməsi də ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir. Ölkə rəhbərinin də qeyd etdiyi  kimi, "Sosial sahədə də çox böyük işlər görülür. Keçən il şəhid ailələrinin müavinəti 20 faiz artırılıb - 250 manatdan 300 manata çatdırılıb. Köçkünlər üçün müavinətlər 50 faiz artırılıb, bəzi müavinətlər 100 faiz artırılıb. Bu il pandemiya dövründə, təqribən 5 milyona yaxın insan dövlət tərəfindən maddi dəstəklə əhatə olunub”. 
Bu ailələrin problemlərinin həllinə Birinci vitse-prezident Mehriban Əliyeva da xüsusi diqqət və qayğı göstərir, hər zaman onlarla maraqlanır. Qeyd olunanlar Azərbaycan dövlətinin öz şəhidinə, şəhid ailələrinə, müharibə əlillərinə necə sahib çıxdığının əyani təsdiqidir.
Sevindiricidir ki, dövlətimizin siyasi və iqtisadi qüdrətinin artması, milli maraqlarımızın beynəlxalq miqyasda təmin edilməsi, xalqın rifah halının yaxşılaşdırılması, iqtisadi təhlükəsizliyin möhkəmlənməsi, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi, əldə edilmiş nailiyyətlər bir çox ölkələr üçün nümunə yaradır. Bütün bu uğurların  təməlinin əsasında isə xalq-iqtidar birliyi dayanır. Bu gün hər bir vətəndaş dövlət başçısının yanında olduğunu, onun müstəqil, humanist siyasətini dəstəklədiyini fəxarətlə dilə gətirir.

Keçidlər