Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonu ərazisində sanitar təmizlik daim nəzarətdə saxlanılır, mütəmadi təmizlik-abadlıq aksiyaları davam etdirilir.

27 iyul 2020 | 16:00

Suraxanı rayonu ərazisində sanitar təmizlik daim nəzarətdə saxlanılır, mütəmadi təmizlik-abadlıq aksiyaları davam etdirilir. Ətraf mühitin qorunması və ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə mövcud yaşıllıqlara mütəmadi qulluq göstərilir. Rayonun qəsəbələrində istirahət parklarında və yol kənarlarındakı mövcud yaşıllıqların qorunmasına, onlara qulluq edilməsinə xüsusi diqqət göstərilərək yaşıllıqların suvarılması, çəmənliklərin biçilməsi, yabanı otların təmizlənməsi, ağacların budanması işləri müntəzəm şəkildə həyata keçirilir. İyulun 27-də növbəti təmizlik işləri Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev və Zaur Şərifov küçələrində keçirilmişdir. Yol boyu ağacların qurumuş budaqları budanmış, ətraf ərazi yabanı və quru alaq otlardan təmizlənmiş, eləcə də ətraf mühit və insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət, polietilen tullantılar yığışdırılmışdır.

Keçidlər