Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, yaşıllıqların salınması işləri mütəmadi davam etdirilir.

09 iyul 2020 | 16:00

Ətraf mühitin təmizliyi, sakinlərin məmnunluğu və ən əsası cəmiyyətdə yaşayan gələcək nəsillərin sağlamlığını düşünmək hər birimizin borcudur. Bu məqsədlə Suraxanı rayonunda küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, yaşıllıqların salınması işləri mütəmadi davam etdirilir.

İyulun 9-da Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “V” yaşayış sahəsində 12 saylı binanın ətrafında təmizlik işləri görülmüş, ərazi məişət tullantıları, yabanı, quru alaq otlardan təmizlənmiş, oturacaqlar, uşaq oyun elementləri rənglənmişdir. Sakinlər tərəfindən qanunsuz çəpərlənən sahələr zəbtdən azad edilərək ümumi istifadəyə qaytarılmışdır.

 

Keçidlər