Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev yeni əsrin yeni lideri olaraq Azərbaycanı inamla irəli aparır.

02 iyul 2020 | 16:00

87 nömrəli tam orta məktəbin direktoru Elmira Ələkbərova:

Ulu öndər Heydər Əliyev məktəbinin ən istedadlı yetirməsi olan İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirib. Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb.
Prezident İlham Əliyev yeni əsrin yeni lideri olaraq Azərbaycanı inamla irəli aparır.Onun hakimiyyət illəri ölkənin dinamik inkişafı, sürətlə modernləşləməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir.
Onun siyasətinin mərkəzində insan amili dayanır, amalı qrup yaratmaq, xalqını daha xoş günə daha firəvan həyata qovuşdurmaqdır. Müstəqillik tarixmizin ən böyük nailiyyəti olan bu hadisə Azərbaycanda yürüdülən siyasətə və beynəlxalq birliyin Prezident İlham Əliyevin fəaliyyətinə verdiyi önəmin, Azərbaycana olan inam və etimadın təzahürüdür.
İlham Əliyevin müəyyənləşdirdiyi hücum diplomatıyası nəticəsində erməni təbliğatı və erməni lobbisinin yaratdığı mif darmadağin edildi. Beynəlxalq təşkilatların diqqəti bu problemə yönəldi, Dağlıq Qarabağ probleminin mahiyyəti, Azərbaycan haqqında həqiqətlər bütün dünyaya yayıldı və beynəlxalq ictimai rəy Azərbaycanın xeyrinə dəyişdi.
Bu gün Azərbaycanda dünya miqyasında ən güclü ordulardan biri formalaşıb və bu ordu işğal altındakı torpaqlarmızı düşməndən azad etməyə qadirdir.
Bu günümüzün daha bir reallıği isə ondan ibarətdir ki, Azərbaycan sürətli inkişaf yolunda inamla irəliləyir, onu qarşıda daha möhtəşəm uğurlar gözləyir.
Bugun bütün dünyanı öz ölümcül pəncəsinə alan "Korona virus" Covid-19 pandemiyası çox ciddi və təhlükəli düşmənə çevrilib. Həyatımıza daxil olan pandemiya ilə bağlı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə genişmiqyaslı tədbirlər görülür, məşğulluqla və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. Prezident İlham Əliyev virusun yayıldığı ilk günlərdən ölkə daxilində profilaktik və təxirə salınmaz tədbirlərlə yanaşı dünya miqyasında böyük təqdirlə qarşılanan təşəbbüslərlə çıxış etmiş, təkliflər irəli sürmüşdür. Buda Azərbaycan ın dövlət başçısının dünyaya doğru yol göstərmək qabiliyyətini nümayiş etdirir.
Bu gündə Azərbaycanın dövlət başçısı ən çətin, təhlükəli anlarda xalqın, sadə insanların yanındadır.Onun apardığı siyasət, həyata keçirdiyi tədbirlər bizim sağlamlığmıza xidmət edir.Bizdə bir vətəndaş olaraq Prezidentimizin ətrafında sıx birləşməliyik.

 

 

Keçidlər