Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda gücləndirilmiş dezinfeksiya işləri davam etdirilir.

01 iyul 2020 | 16:00

Koronavirus infeksiyasının yayılmasının və törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Suraxanı rayonunda zəruri və qabaqlayıcı profilaktik tədbirlərin həyata keçirilməsi davam etdirilir. Rayon ərazisində xüsusi kimyəvi maddələrdən istifadə olunaraq çoxmənzilli yaşayış binalarının girişlərində, pilləkən qəfəslərində, lift kabinələrində, məişət tullantılarının atıldığı konteyner meydançalarında, məhəllələrdə, küçə və səkilərdə, avtobus dayanacaqlarında gücləndirilmiş dezinfeksiya işləri mütəmadi olaraq aparılır.

 

 

Keçidlər