Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən yer üzündə ən müqəddəs məkandır, onun torpağının hər qarışı doğmadır.

29 iyun 2020 | 16:00

Milli Qəhrəman Cavanşir Rəhimovun anası Lalə Rəhimova: Vətən yer üzündə ən müqəddəs məkandır, onun torpağının hər qarışı doğmadır. Torpağı bizə doğma edən üzərinə tökülən şəhid qanıdır. Mən şəhid anasıyam, ölkəmizdə şəhid ailələrinə olan yüksək münasibət şəhidlərin ruhuna sonsuz ehtiram hissindən, şəhid ailələrinə olan böyük qayğıdan irəli gəlir, bu gün biz ölkə rəhbərimizlə fəxr edirik. Belə bir çətin zamanda Koronavirusun dünyanı cənginə aldığı dövrdə ölkəmizdə bu bəlaya qarşı cənab prezidentin gördüyü qabaqlayıcı tədbirlərə görə ona minnətdarlığımı bildirirəm. Mən fəxr hissi keçirirəm və qürrələnirəm ki, Sizin Prezidenti olduğunuz dövlətdə yaşayıram və əminəm ki, tezliklə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızda üç rəngli Azərbaycan bayrağı dalğalanacaq! Biz sizə güvənirik Ali Baş Komandan !

Tarix boyu xalqımız qəhrəmanlıq ənənələri ilə ad-san çıxarıb, yadellilərə qarşı mərdliklə döyüşüb. Böyük sərkərdələr yetişdirən Azərbaycan xalqının çox yaxşı bir deyimi var: “Ordun varsa, yurdun var”. Doğrudan da, nizami ordu, mərd və qorxmaz oğullarımız olmasa, Vətəni nə qorumaq, nə də yaşatmaq olar. Güclü ordumuz olmasa, müstəqilliklə, azadlıqla bağlı xalqımızın bütün arzuları puça çıxar. Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Müharibə etmək, sadəcə, müxtəlif istiqamətlərdən atəş açmaq deyil. Bu, mükəmməl təcrübə, təkmil hazırlıq və yüksək döyüş ruhu tələb edir”. 1993-cü ildə ulu öndərimiz Heydər Əliyev hakimiyyətə gəldiyi dövrdə artıq erməni silahlı qüvvələri Dağlıq Qarabağ ətrafındakı torpaqlarımızı tədricən işğal edirdilər. Xalq Cəbhəsi dövründə baş verən fikir ayrılıqları, çəkişmələr, silahlı qarşıdurmalar Milli Ordumuzdan yan keçməmiş, zabit və əsgərlər müxtəlif siyasi qruplaşmaların təsiri altına düşdüklərindən bir çox problemlər yaranmışdı.
Çox təəssüf, müharibənin ilkin dövrlərində Azərbaycan xalqı özünün dahi oğlundan, görkəmli dövlət xadimi Heydər Əliyevdən uzaq düşmüşdü. Həmin keşməkeşli, ağır günlərdə isə ölkəni düzgün istiqamətdə apara biləcək ikinci bir lider yox idi. Nəhayət, ölkəyə rəhbərlik edənlər öz səriştəsizlikləri ilə Azərbaycanı məhvolma həddinə çatdırdılar və bu zaman xalq özünün yeganə və düzgün qərarını verdi: ulu öndər Heydər Əliyevin Bakıya qayıdışı və hakimiyyət sükanını öz əlinə alması təkidlə tələb edildi. Heydər Əliyevin xalqın arzusu ilə ölkə rəhbərliyinə qayıdışı müstəqil dövlətçiliyin digər təsisatları kimi vahid komandanlığa əsaslanan mütəşəkkil ordunun yaradılmasının da əsasını qoydu. Bu istiqamətdə ulu öndərin atdığı ən uğurlu addımlardan biri bütün silahlı dəstələrin buraxılması, onların silahlarının, texnikalarının, habelə əhalidə olan silah-sursatın yığılması oldu.
Hamımız o ağır dövrü yaşamış, baş verən hadisələrin şahidləri olmuşuq. Amma ötən illərə nəzər saldıqda ölkəmizin ulu öndər Heydər Əliyevin ideyalarının təcəssümü olaraq digər istiqamətlərdə olduğu kimi, hərbi sahədə də necə böyük inkişaf yolu keçdiyini görmək olar. Keçirilən hərbi paradlarda Azərbaycanın modern silahlı qüvvələrinin olduğunu bütün dünyaya nümayiş etdirməklə yanaşı, ölkə əhalisinin hakimiyyətə etimadını, gələcəyə olan inamını daha da möhkəmləndirdi. Həmin paradlardan sonra dostlarımız sevindi, düşmənlərimiz isə məyus oldular. Prezident İlham Əliyev etdiyi çıxışlarda ordu quruculuğu ilə bağlı çox dəyərli fikirlər söyləyərək deyib ki, heç kim bu gün Azərbaycana döyüş meydanında öz iradəsini diktə edə bilməz. Ali Baş Komandanın böyük qürurla səsləndirdiyi bu sözlər hər birimizdə iftixar doğurur. Doğrudan da, bu gün heç kim döyüş meydanında bizə iradə diktə edə bilməz. Ordu bizim canımız, qanımızdır.
Heydər Əliyevin başlatdığı müasir ordu quruculuğunu prezident İlham Əliyev yüksək səviyyədə davam etdirir, ordunun potensialını gündən-günə möhkəmləndirdi. Ordu quruculuğu dövlət siyasətinə çevrildi və prioritet oldu. Ordumuzun maddi-texniki təchizatı ən yüksək səviyyəyə qalxdı. Bu Azərbaycanın dövlət büdcəsindən orduya ayrılan vəsaitdə və xaricdən alınan silahlarda da özünü biruzə verir. Ali Baş Komandan İlham Əliyevin hakimiyyəti dövründə hərbi sahədə aparılan islahatlar göstərdi ki, ölkənin hərbi potensialının möhkəmləndirilməsi əsas prioritetlərdən biridir və bu istiqamətdə çox iş görülüb. Müxtəlif reytinqlər tərtib edən beynəlxalq ekspertlərin və təşkilatların hesablamalarına görə, bu gün Azərbaycan Ordusu dünyanın ən yaxşı təchiz olunmuş və döyüş qabiliyyətli 50 ordusu sırasına daxildir.
Azərbaycan Prezidenti İlham Əliyev də hər zaman Azərbaycan Ordusuna xüsusi diqqət göstərib və Ali Baş Komandan kimi üzərinə düşən bütün vəzifələri yüksək ləyaqətlə və peşəkarlıqla icra edib. Uzun müddətlik atəşkəsdən sonra baş vermiş müharibədə, Aprel döyüşlərində də Ordumuz bir daha sübut etdi ki, işğal altındakı torpaqlarımızı azad etməyə hər zaman hazırdır, buna qadirdir. Belə bir diqqət və qayğı nəticəsində Silahlı Qüvvələrin hər bir nümayəndəsi cəbhə bölgəsində, təmas xəttində qəhrəmanlıqla döyüşməyə, torpaqlarımızın işğalçılardan azad edilməsinə hər an hazırdırlar.

Keçidlər