Yanvarın 15-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev 85 №-li tam orta məktəbdə Yeni Suraxanı qəsəbə sakinləri ilə görüşüb
15 yanvar 2026 | 15:41
Suraxanıda Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin səyyar görüşləri davam edir
Yanvarın 15-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev 85 №-li tam orta məktəbdə Yeni Suraxanı qəsəbə sakinləri ilə görüşüb.
Görüşdə RİHB-nin müavinləri və şöbə müdirləri, qəsəbə nümayəndəsi və bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər.
RİH başçısı Adil Əliyev çıxış edərək bildirib ki, ölkəmizdə son illər aparılan genişmiqyaslı sosial-iqtisadi islahatlar insanların rifah halının yüksəldilməsinə, regionların inkişafına və sosial müdafiə mexanizmlərinin gücləndirilməsinə yönəlib. Prezident cənab İlham Əliyevin rəhbərliyi altında reallaşdırılan kompleks tədbirlər nəticəsində həm sosial sahədə, həm də iqtisadi sektorun müxtəlif istiqamətlərində ciddi nailiyyətlər əldə olunmaqdadır.
Səyyar görüşdə sakinlər tərəfindən yolların asfaltlanması, sahibsiz heyvanların son dövrdə artması səbəbindən yaranan problemlər, eləcə də digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib.
Hər bir vətəndaşın müraciətini dinləyən RİH başçısı A.Əliyev bəzi məsələlərin yerindəcə həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.






