Suraxanıda 22 noyabr - Azərbaycan Respublikası ədliyyə işçilərinin peşə bayramı günü qeyd edilib
24 noyabr 2025 | 17:27
Suraxanıda 22 noyabr - Azərbaycan Respublikası ədliyyə işçilərinin peşə bayramı günü qeyd edilib
22 noyabr - Azərbaycan Respublikası ədliyyə işçilərinin peşə bayramı günü münasibəti ilə xalqımızın Ümummilli lideri, müasir Azərbaycan dövlətinin qurucusu və memarı Ulu Öndərin Heydər Əliyev parkında ucalan abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev ədliyyə işçilərini peşə bayramı günü münasibətilə təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb. RİH başçısı bildirib ki, Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən köklü hüquqi islahatlar nəticəsində ədliyyə orqanlarının fəaliyyəti müasir dövrün tələblərinə uyğunlaşdırılıb.
Həmçinin, o, vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin yaratdığı siyasi xətt bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində Azərbaycan ədliyyəsinin inkişafı yolunda yeni nailiyyətlər əldə olunub.
Suraxanı rayon İcra şöbəsinin rəisi Elnur Piriyev göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Sonda rayonun bir qrup ədliyyə işçisi rayon icra hakimiyyəti başçısının Fəxri fərmanları ilə təltif olunublar.






