Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda növbəti dəfə "Narkomaniyaya qarşı mübarizə" və "Erkən nikaha qarşı mübarizə" mövzularında maarifləndirici tədbirlər 270 və 327 №-li tam orta məktəblərdə keçirilib

08 dekabr 2025 | 09:45
Suraxanı rayonunda növbəti dəfə "Narkomaniyaya qarşı mübarizə" və "Erkən nikaha qarşı mübarizə" mövzularında maarifləndirici tədbirlər 270 və 327 №-li tam orta məktəblərdə keçirilib
Tədbirlərdə Suraxanı RPİ-nin Xidmət üzrə rəis müavini polis kapitanı Elman Kərimov, Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsi Novruz Əhmədzadə, 30-cu Polis Şöbəsinin rəis müavini polis polkovnik-leytenantı Cəmil Məmmədov, Suraxanı RPİ-nin YYÇ rəisi, polis polkovnik-leytenantı Əfqan Ağayev, məktəb direktorları, şagird və müəllimlər iştirak ediblər.
Çıxışlarda narkotiklərin real təhlükələri və ondan istifadənin fəsadları, yayılma səbəbləri və bu bəladan qorunma yolları, eləcə də fərdin psixi mənəvi və bioloji cəhətdən inkişafına təsir edən erkən nikahların fəsadları ilə bağlı ətraflı məlumat verilib, tədbir iştirakçılarının sual və təklifləri dinlənilib. Yeniyetmə və gənclərə asudə vaxtlarının səmərəli və düzgün təşkil etmələri tövsiyə olunub.
Keçidlər