Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib
16 mart 2024 | 11:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq 2023-cü il “Heydər Əliyev İli” elan olunub. Bu əlamətdar il ilə bağlı təsdiqlənmiş “Tədbirlər Planı”na əsasən, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təsis edilib. Azərbaycan Respublikası Prezidentinin 02 fevral 2024-cü il tarixli Sərəncamı ilə bir sıra şəxslər “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunublar.
Sərəncama əsasən Suraxanı rayonundan Rayon İcra Hakimiyyətinin başçısı Əzizov Əziz İmran oğlu, A.Səfərov adına 114 nömrəli tam orta məktəbin direktoru Novruzova Ceyran Kamal qızı, Rayon Ağsaqqallar Şurasının sədri Babayev Arif Eyvaz oğlu, Hövsan Mədəniyyət Mərkəzinin direktoru Rəhimov Vasif Aydın oğlu da "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif ediliblər.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov ali təltifə görə Möhtərəm Prezident İlham Əliyevə dərin minnətdarlığını ifadə edib və bildirib ki, bundan sonra da, Ulu Öndər Heydər Əliyev ideallarına sadiq qalaraq, ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycanın davamlı tərəqqisi və parlaq gələcəyi naminə Müzəffər Ali Baş Komandanın fəaliyyətində göstərilən etimadı doğrultmaq, dövlətə, dövlətçiliyə sədaqət nümayiş etdirməklə qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün əlindən gələni əsirgəməyəcək.