Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Hövsan qəsəbəsində səyyar görüşü keçirilib

25 noyabr 2025 | 15:15
Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Hövsan qəsəbəsində səyyar görüşü keçirilib
Noyabrın 25-də Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin 280 №-li tam orta məktəbdə Hövsan qəsəbəsinin sakinləri ilə növbəti səyyar görüşü təşkil olunub.
Görüşdə RİHB-nin müavinləri və şöbə müdirləri, qəsəbə nümayəndəsi və bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər.
Görüşün əsas məqsədi sakinlərin mövcud problemlərini birbaşa dinləmək, onların müraciətlərinə operativ şəkildə baxılmasını təmin etmək və qəsəbə üzrə həyata keçirilən layihələr barədə məlumat verməkdir.
RİH başçısı Adil Əliyev bildirib ki, sakinlərlə mütəmadi olaraq səyyar görüşlərin keçirilməsi onların sosial rifahının yaxşılaşdırılması və qəsəbənin inkişafı üçün mühüm rol oynayır.
Səyyar qəbul zamanı sakinlər kommunal xidmətlərin yaxşılaşdırılması, qəsəbədaxili yolların təmiri, abadlıq-quruculuq işlərinin genişləndirilməsi, sosial problemlərin həlli və digər məsələlər üzrə müraciətlərlə çıxış ediblər.
Səsləndirilən hər bir məsələ nəzarətə götürülərək həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən aidiyyəti üzrə tapşırıqlar verilib.
Sakinlər göstərilən diqqət və operativ yanaşmaya görə minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər