Şriftin ölçüsü :

Saytın rəngi :

Dekabrın 12-də Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli lider, Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə Fatimeyi Zəhra məscidində ehsan süfrəsi açılıb

12 dekabr 2025 | 12:28
Dekabrın 12-də Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli lider, Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə Fatimeyi Zəhra məscidində ehsan süfrəsi açılıb.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Milli Məclisin deputatı Afət Həsənova, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Suraxanı Rayon Təşkilatının sədr müavini, RİHB-nin müavinləri, Şəhid ailələri, qazilər, ağsaqqallar, din xadimləri və rayon ictimaiyyəti iştirak ediblər.
Açılan ehsan süfrəsində Ulu öndərin ruhuna dualar oxunub və Allahdan rəhmət dilənib.
RİH başçısı Adil Əliyev çıxışında Heydər Əliyevin yalnız öz dövrünün deyil, bütövlükdə Azərbaycan tarixinin taleyini müəyyənləşdirən şəxsiyyət olduğunu bildirib. O, qeyd edib ki, Ümummilli liderin formalaşdırdığı milli inkişaf strategiyası bu gün Azərbaycanı qalib, güclü və söz sahibi olan dövlətə çevirib. A.Əliyev vurğulayıb ki, Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin nəticəsi olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin edilib, dövlətçiliyimizin sarsılmaz təməlləri yaradılıb. RİH başçısı həmçinin bildirib ki, Ulu Öndər ideyalarının yaşadılması və təbliği hər bir azərbaycanlının vətəndaşlıq borcudur.
Keçidlər