Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Tacikistan Respublikası Hökuməti yanında Qadınlar və Ailə Məsələləri üzrə Komitə arasında imzalanmış əməkdaşlıq haqqında Memoranduma əsasən Tacikistan Respublikasının nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində yanvarın 22-də Suraxanı Rayon İcra Hakimiyyətində RİH-də yaradılmış məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun üzvləri ilə görüşü keçirilib

22 yanvar 2026 | 09:05
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Tacikistan Respublikası Hökuməti yanında Qadınlar və Ailə Məsələləri üzrə Komitə arasında imzalanmış əməkdaşlıq haqqında Memoranduma əsasən Tacikistan Respublikasının nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində yanvarın 22-də Suraxanı Rayon İcra Hakimiyyətində RİH-də yaradılmış məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun üzvləri ilə görüşü keçirilib.
Görüşdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri, RİH-də yaradılmış məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun sədri Könül Axundova və qrupun üzvləri, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Məişət zorakılığının qarşısının alınması üzrə sektorunun müdiri Vəfa Ələkbərova, Tacikistan hökuməti yanında Qadın və Ailə məsələləri üzrə Komitənin Maliyyə Departamentinin rəhbəri Alixon Davlatov, Komitənin Təşkilat şöbəsinin müdiri Dilbər Muradova, Ailələrlə iş şöbəsinin müdir müavini İslamzoda Boqiqul, Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi Raştiya Boymaxmadova iştirak ediblər.
Görüşdə çıxış edən Könül Axundova qonaqları salamlayaraq, RİH-də yaradılmış məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. O, bildirib ki, məişət zorakılığına qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi xüsusi əhəmiyyət daşıyır.
K.Axundova qeyd edib ki, Suraxanı RİH-də yaradılmış monitorinq və əlaqələndirmə qrupunun fəaliyyəti çərçivəsində risk qrupunda olan ailələrin vaxtında müəyyənləşdirilməsi, müraciətlərin operativ araşdırılması, zərərçəkmiş şəxslərə sosial, psixoloji və hüquqi dəstəyin göstərilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Çıxışda beynəlxalq əməkdaşlığın əhəmiyyətinə də toxunularaq vurğulanıb ki, Tacikistan nümayəndə heyətinin səfəri və təcrübə mübadiləsi iki ölkə arasında ailə, qadın və uşaq hüquqlarının qorunması sahəsində əməkdaşlığın daha da dərinləşməsinə mühüm töhfə verəcək. Könül Axundova belə görüşlərin praktiki biliklərin paylaşılması, uğurlu modellərin öyrənilməsi və regional səviyyədə səmərəli yanaşmaların formalaşdırılması baxımından faydalı olduğunu bildirib.
Görüş zamanı Tacikistan Respublikasının nümayəndə heyəti təmsil etdikləri qurumun fəaliyyət istiqamətləri, həyata keçirilən proqram və layihələr, qadın və ailə siyasəti sahəsində əldə olunan nəticələr barədə məlumat verib.
Sonda monitorinq və əlaqələndirmə qrupunun sədri nümayəndə heyətinə uğurlu əməkdaşlıq arzulayaraq, gələcəkdə birgə layihələrin və qarşılıqlı təcrübə mübadiləsinin davam etdiriləcəyinə ümidvar olduğunu ifadə edib.
Keçidlər