Şriftin ölçüsü :

Saytın rəngi :

2026-cı ilin Ərazi Məşğulluq Proqramından irəli gələrək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq Filialı və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşilatçılığı ilə Suraxanı Gənclər Evinin inzibati binasında "Əmək Yarmarkası" təşkil olunmuşdur

19 yanvar 2026 | 09:24
2026-cı ilin Ərazi Məşğulluq Proqramından irəli gələrək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq Filialı və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşilatçılığı ilə Suraxanı Gənclər Evinin inzibati binasında "Əmək Yarmarkası" təşkil olunmuşdur.
Tədbirdə Suraxanı RİH-in, Agentliyin, tərəfdaş şirkətlərin rəhbər şəxsləri və əməkdaşları iştirak etmişdir. Əmək Yarmarkasında 18 müəssisə tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) "Əmək və Məşğulluq" altsistemində vakansiya bankına yerləşdirilmiş 216 sayda yeni iş yeri vətəndaşlara təqdim olunmuşdur.
İşəgötürən tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilmiş, uyğun namizədlər növbəti mərhələyə dəvət olunmuşlar.
Keçidlər